Multifilial sistem idarəetməsi: Multi anbarı eyni paneldən idarə edin
Böyüyən elektron ticarət bizneslərinin ən böyük ehtiyaclarından biri – multifilial idarəetmə sistemidir. Əgər sizin bir neçə fiziki və ya onlayn mağazanız varsa, bu mağazaların anbarlarını bir-birindən asılı olmadan, ancaq eyni sistemdən effektiv şəkildə idarə etmək vacibdir. Ecommerce.az bu ehtiyacı tam qarşılayır.
Multifilial sistem idarəetməsi nədir və kimlərə lazımdır?
Multifilial sistem – bir neçə filialın (mağaza, anbar, satış nöqtəsi və s.) vahid idarəetmə paneli üzərindən nəzarət edilməsini təmin edən texnologiyadır. Bu sistemlə hər filialın satışını, stok vəziyyətini, sifarişlərini və müştəri məlumatlarını izləmək mümkündür.
Bu funksiya xüsusilə aşağıdakı sahələr üçün faydalıdır:
1. Bir neçə fiziki mağazaya sahib olanlar
2. Regionlarda və ya ölkələrarası fəaliyyət göstərən şirkətlər
3. B2B və B2C satışlarını ayırmaq istəyən bizneslər
4. Bir neçə onlayn brendi eyni paneldə birləşdirmək istəyən sahibkarlar
Ecommerce.az platformasında multifilial sistem idarəetməsi üstünlükləri:
1. Filial üzrə stok idarəetməsi
2. İdarəetmə səlahiyyətləri: Hansı menecerin hansı filialı idarə etdiyini təyin edə bilərsiniz
3. Eyni məhsul fərqli filiallarda fərqli miqdarda ola bilər
Bu sistem həm vaxtınıza qənaət edir, həm də səhvləri minimuma endirir. Məsələn, bir sifariş verilib və məhsulun hansı anbarda mövcud olduğunu görərək, hər hansı bir yerə əlavə zəng etmədən onlayn satışı idarə edə biləriniz. Bu da çatdırılmanı sürətləndirir və müştəri məmnuniyyətini artırır.
Cibpay.az ilə uyğunluq
Multifilial sistem Cibpay.az ödəniş sistemi ilə tam inteqrasiya olunur. Hər filial üzrə ödənişləri ayrı-ayrılıqda izləmək və hesabatlaşdırmaq mümkündür. Bu xüsusiyyət, maliyyə idarəçiliyini daha şəffaf və asan edir.