Bizimlə əlaqə
Bizimlə əlaqə
Elektron mağaza sahibi olmağın 5 faydası
Elektron ticarət mağaza

Elektron mağaza sahibi olmağın 5 faydası

Bugünkü rəqəmsal dövrdə elektron mağaza açmaq təkcə müasir olmaq deyil, həm də sərfəli və effektiv satış üsuludur. Ənənəvi fiziki mağazalardan fərqli olaraq, onlayn mağaza 24/7 fəaliyyət göstərir, daha az xərc tələb edir və geniş müştəri auditoriyasına çıxış imkanı yaradır. Gəlin bu üstünlüklərə daha yaxından baxaq:

1. Aşağı xərclərlə başlamaq

Fiziki mağazadan fərqli olaraq, icarə, kommunal xərclər və çoxsaylı işçi ehtiyacı olmur. Bu, kiçik büdcə ilə başlamağa imkan verir.

Təxmini büdcə bölgüsü:

1. Dizayn və sayt qurulması: 0 AZN (platformaya daxildir)
2. Hosting və domen: platforma təmin edir
3. Onlayn ödəniş sistemləri: daxildir
4. Texniki dəstək: paketin içində

2. Geniş auditoriyaya çıxış

Onlayn mağaza sizə təkcə yerli deyil, ölkə daxilində və beynəlxalq alıcılara da məhsul təqdim etməyə şərait yaradır.

3. 24/7 satış imkanı

Mağazanız istirahət günlərində və gecə saatlarında belə işləyir, məhsul satır və ödəniş qəbul edir – bu da daha çox gəlir deməkdir. Ənənəvi mağazalardan fərqli olaraq, müştərilər sizin iş saatlarınızı, özünə və mağazaya uyğun vaxtları axtarmaq məcburiyyətində olmayacaq. Mağazanız onlara hər zaman əlçatan olacaq.

4. Elektron mağaza ilə geniş auditoriyaya çıxış

Ecommerce.az kimi platformalar sizə sifarişləri, ödənişləri və müştəri davranışlarını izləmək üçün rahat idarə paneli təqdim edir. Onlayn şəkildə edəcəyiniz reklamlar və paylaşımlar ilə müştəriləri asanlıqla elektron mağazaya yönləndirə bilərsiniz.

5. Rəqəmsal reklam və ölçülə bilən nəticələr

Onlayn satışda reklam daha ölçüləbilən və hədəflidir. Facebook, Instagram və Google reklamları ilə real nəticələr əldə etmək mümkündür. Saytınızdakı analitik məlumatlar ilə, inteqrasiyalar bölməsi ilə rəqəmləri görməyin ən asan yolunu əldə etmiş olacaqsınız.

Nəticə: Elektron mağaza sahibi olmaq, satış həcmini artırmaq və bazarda möhkəmlənmək üçün müasir və effektiv bir yoldur. Fiziki mağazaya alternativ axtarırsınızsa, Ecommerce.az ilə indi başlaya bilərsiniz.


📩 Əlaqə üçün: E.commerce.az

Satışlarının daha asan və təhlükəsiz olmasını istəyirsənsə, bizə qoşul!

Bizimlə əlaqə

Məlumatlarını qeyd et, qısa zamanda əlaqə saxlayaq.

Məlumatlarınız uğurla göndərildi.