Məhsul təsviri necə yazılmalı? – Mağazanızda satışları artırın
Onlayn satışlarda məhsul təsviri çox vaxt qiymətdən və ya fotolardan daha təsirli ola bilər. Alıcı məhsulu əlində tutmadığı üçün onun haqqında düzgün və inandırıcı məlumat almaq istəyir. Bu məlumatı isə siz məhsul təsvirində verməlisiniz. Yaxşı yazılmış təsvir alıcının qərar verməsini sürətləndirir, məhsula güvən yaradır və dönüşüm nisbətini artırır.
Məhsul təsviri nəyi əhatə etməlidir?
Yaxşı bir məhsul təsviri aşağıdakı elementləri özündə birləşdirməlidir:
1. Məhsulun məqsədi və istifadəsi: Müştəri məhsulun ona nə üçün lazım olduğunu bilməlidir.
2. Faydaları və üstünlükləri: Təkcə texniki xüsusiyyətlər deyil, müştəriyə nə qazandırdığı izah olunmalıdır.
3. Unikal yazı tərzi: Bənzərsiz təsvirlər Google tərəfindən daha yüksək dəyərləndirilir və SEO baxımından daha faydalıdır.
4. Açar sözlər: Məhsul adı, istifadə sahəsi, rəngi, hətta qiyməti və s. kimi açar sözlər düzgün sıxlıqda istifadə olunmalıdır.
5. Qısa, sadə və anlaşılan dil: Qarışıq və texniki terminlərdən uzaq olmaq daha geniş auditoriyaya çatmaq üçün vacibdir.
Ecommerce.az platformasında məhsul təsvirinin rolu
Ecommerce.az sizə hər məhsul təsviri üçün geniş sahə təqdim edir. Bu sahədə siz təsvir, limitsiz açıqlama, şəkil yerləşdirə bilərsiniz. Eyni zamanda multivariant (ölçülərinə, rənglərinə, çəkisinə, həcminə, qiymətinə görə fərqlənən) məhsullar asanlıqla idarə edilə bilər. Əgər SEO ilə işləyirsinizsə, meta başlıq və meta təsvir sahələrinə də fokus açar sözlər yerləşdirə bilərsiniz. Bütün bunlar məhsul səhifəsinin axtarış sistemlərində daha tez və daha üst mövqelərdə çıxmasına səbəb olur.
Cibpay.az ilə güvənli alış təcrübəsi
Təsviri cəlbedici olan məhsul müştərini alış qərarına yaxınlaşdırır. Lakin satışın tamamlana bilməsi üçün etibarlı və sürətli ödəniş sistemi də vacibdir. Cibpay.az məhz bu mərhələdə rol alır – Ecommerce.az platforması ilə tam inteqrasiya olunmuş şəkildə, Visa, Mastercard və yerli kartlarla ödənişi problemsiz qəbul etməyə imkan verir. Üstəlik, bütün ödənişlər 3D Secure təhlükəsizlik standartlarına uyğundur.
Məhsul təsviri onlayn mağazanın əsas satış silahıdır. Düzgün yazılmış təsvir, müştərinin suallarına cavab verir, məhsula inam yaradır və alışı asanlaşdırır. Ecommerce.az bu prosesi sizin üçün sadələşdirir – siz yalnız yazın, qalanını sistem həll edir.